Qazaxıstan Almaniyaya ilk neft partiyasını tədarük edəcək

95177e52167532139688827558610023827.jpg

Qazaxıstan “Drujba” boru kəməri vasitəsilə Almaniyaya 20 min ton neft tədarük edəcək.

Avtor.az  yerli KİV-nə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın energetika naziri Bulat Aqçulaqov deyib.

Nazirin sözlərinə görə, xam neftin ilk partiyası fevral ayının birinci yarısında tədarük olunacaq.