Özbəkistan prezidenti Şavkat Mirziyoyev və qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev qeyri-rəsmi görüş keçirəcək.
Bu barədə “Kun.uz” məlumat yayıb.
Bildirilib ki, bu gün – martın 3-də Mirziyoyevin Qazaxıstana səfəri çərçivəsində bu ölkənin Şımkənd şəhərində tərəflərin müzakirə aparması nəzərdə tutulur.
Ölkə başçıları qarşılıqlı maraq doğuran məsələləri, eləcə də Qazaxıstan-Özbəkistan münasibətləri ətrafında fikir mübadiləsi aparacaqlar.
Qeyd edək ki, bundan əvvəl Özbəkistan prezidenti Bakıda səfərdə idi.

