Qəbələ Zirvəsi Təşkilata üzv dövlətlərin əsas hədəflərini bir daha nümayiş etdirdi

Zirve

Azərbaycanın Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrlə münasibətlərinin bugünki səviyyəsi onu deməyə əsas verir ki, ölkəmiz bütün istiqamətlər üzrə əməkdaşlıqda, dostluq, və sülh şəraitində yaşamaqda, inkişaf etməkdə maraqlıdır.

Möhtərəm Prezident cənab İlham Əliyevin apardığı uğurlu, düşünülmüş, milli maraqlara əsaslanan daxili və xarici siyasət nəticəsində bu gün ölkəmiz beynəlxalq aləmdə nüfuzlu dövlət olaraq qəbul edilir. Yerləşdiyi regionun lider dövləti olan Azərbaycan, həm də müstəqil siyasət yürüdən, qonşuları ilə normal, bərabər səviyyəli münasibətlərə əsaslanmış siyasət sərgiləyən, etibarlı tərəfdaş imici formalaşdırmış ölkədir. Dünyada baş verən hadisələr fonunda Azərbaycanın mükəmməl siyasət yürütməsi cənab Prezidentin siyasi Liderlik bacarığının təzahürüdür. Ölkəmiz hazırda beynəlxalq münasibətlər sistemində bərabərhüquqlu əməkdaşlığı təbliğ edən və onu ən mükəmməl şəkildə nümayiş etdirən azsaylı ölkələrdəndir. Xarici siyasətində qlobal həmrəyliyə və beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verən Azərbaycanın BMT-dən sonra ikinci ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər və atdığı praktiki addımlar qeyd etdiklərimizi bir daha təsdiq edir.

Bu gün türkdilli ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulması cənab Prezident İlham Əliyevin prioritet hesab etdiyi əsas məsələlərdəndir. 2021-ci ildə adı Türk Dövlətləri Təşkilatına dəyişdirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2009-cu ildə Naxçıvan sazişinə əsasən təsis edilməsi Azərbaycanın öz milli kimliyinə, tarixi köklərinə verdiyi önəmin bariz nümunəsidir.

Azərbaycanın Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrlə münasibətlərinin bugünki səviyyəsi onu deməyə əsas verir ki, ölkəmiz bütün istiqamətlər üzrə əməkdaşlıqda, dostluq, və sülh şəraitində yaşamaqda, inkişaf etməkdə maraqlıdır. Bu günlərdə Qəbələ şəhərində Təşkilatın sayca 12-ci Zirvə görüşünün ən yüksək səviyyədə baş tutması bir daha deməyə əsas verir ki, Azərbaycan TDT-nin inkişafına, beynəlxalq nüfuzunun artmasına əlindən gələn dəstəyi verməyə hazırdır.

Qəbələ Zirvəsi Təşkilata üzv dövlətlərin əsas hədəflərini bir daha nümayiş etdirdi. Cənab Prezident nitqində türkdilli dövlətlərlə daimi əməkdaşlıqda maraqlı olduğunu bir daha bəyan edərək, eyni soya və kökə malik xalqlarımızın güclü bir təşkilatda birləşməsinin milli maraqlara cavab verdiyinə diqqət çəkdi. Bu gün Müzəffər Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunan bütün nailiyyətlər Azərbaycanın gələcək rifahına xidmət edir.

Artıq bizlər bu inkişafın real nümunələrini işğaldan azad olunan ərazilərdə aparılan böyük quruculuq, abadlıq işlərində görürük. Bu işdə də qardaş, Azərbaycana dost olan ölkələrin iştirak etməsi həm sevindirici, həm də qürurvericidir.

Mustafa Qaramanlı;
Neftçala rayonu