Qəbələdə on gün əvvəl avtomobillə vurulan piyada ölüb

01e00f2f158857329960839842210242125.jpg

Qəbələdə on gün əvvəl avtomobillə vurulan piyada ölüb.

Aprelin 7-də Qəbələ şəhəri ərazisində sürücü Rahim Abdullayevin idarə etdiyi “Mercedes” markalı avtomobil 1968-ci il təvəllüdlü piyada, rayonun Vəndam qəsəbə sakini Yaqub Hacıyevi vurub. Piyada xəstəxanaya yerləşdirilib və tibbi yardım göstərilməsinə baxmayaraq bu gün səhər saatlarında vəfat edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.