Qəzzada ölənlərin sayı 40,4 mini ötüb

91e337b0 697e 352a 96e9 227f3751cad1 850.jpg

2023-cü ilin oktyabrın 7-də Fələstin-İsrail münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 40 405 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, daha 93 468 nəfər xəsarət alıb.

Qeyd olunub ki, təkcə son 24 saat ərzində Qəzza zolağında azı 71 nəfər ölüb, 112 fələstinli yaralanıb.