Qidadan zəhərləniblər

70fc5f04160821296184393524210629174.jpg

Tovuzda zəhərlənmə faktı qeydə alınıb.

Hadisə rayonun Bozalqanlı kəndində baş verib.

1970-ci il təvəllüdlü Ə.Dəmirova, 1990-ci il təvəllüdlü E.Abdullayeva və 1992-ci il təvəllüdlü S.Abdullayev zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Xəstələrə lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin normal olduğu bildirilir.

Məlumada görə həmin şəxslər bayramdan qalan salatı yedikdən sonra zəhərləniblər.