Qız istəmək prosesi çox gülüncdür – Aleyna Tilki

366ce3de164802617075303567110205639.jpg

Türkiyənin 21 yaşlı pop ulduzu Aleyna Tilki yeni paylaşımı ilə diqqət çəkib.

Gənc müğənni sosial şəbəkə hesabında elçilik məsələsinə reaksiya verib. 21 yaşlı müğənni qız istəmə mərasimini çox gülünc gördüyünü bildirib.

Tilki, Tvitter hesabında yazıb:

“Qız istəmək prosesi çox gülüncdür. Nə əlaqə? Mal istəyər kimi qızı oğlumuza verərsiniz… Bu, iyrəncdir! İnsan kimi, “Evlənəcəyik, razılığınız varmı?” – de, qurtarsın…”.