Qızıl və gümüşün qiyməti yenidən enib

6c14da10164266249330241621510724223.jpg

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,32% azalaraq, 1 630,9 ABŞ dollarına bərabər olub.

Bu barədə Avtor.az birja məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, COMEX-də gümüşün bir unsiyasının qiyməti də 1,1% azalaraq, 18,14 dollar təşkil edib.