QMİ sədri Rusiya Müsəlmanları Ruhani İdarəsinin başçısı ilə görüşüb

16705163945267340802 1000x669.jpg

Moskvada səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədri Ravil Qaynutdin ilə görüşüb.

Görüş Moskvada keçirilən “Ədalət və mötədillik – dünya nizamının ilahi prinsipləri” mövzusunda Beynəlxalq Müsəlman Forumu çərçivəsində baş tutub.

Xatırladaq ki, QMİ sədri Allahşükür Paşazadə dekabrın 6-dan Rusiya paytaxtında səfərdədir. Dekabrın 7-də şeyxülislam Allahşükür Paşazadənin Moskvanın və bütün Rusiya Patriarxı Kirillə görüşü keçirilib. Dekabrın 8-də isə o, XVIII Beynəlxalq Müsəlman Forumunda çıxış edib.