Qondarma qurumun “daxili işlər naziri” yaralandı

1684156362 125042626 e8e55d84 511f 49d6 8a4f aa7a82ba17c0.jpg

Rusiya tərəfindən işğal olunmuş Ukraynanın Luqansk vilayətinin mərkəzində baş vermiş partlayış nəticəsində qondarma “Luqansk XR” separatçı qurumunun “daxili işlər naziri” vəzifəsini icra edən İqor Kornet yaralanıb.

Modern.az “Kommersant”a istinadən xəbər verir ki, o, hazırda ağır yaralı vəziyyətdə reanimasiyadadır.

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.