Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsində olan “İlisu” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru vəzifəsinə işə qəbul məqsədilə müsabiqə elan olunur.
Vəzifənin əsas məqsədi:
Qoruğun fəaliyyətinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun təşkil edilməsi, tarix-mədəniyyət irsinin mühafizəsi, elmi tədqiqat, konservasiya, bərpa, turizm, maarifləndirmə və inzibati idarəetmə istiqamətlərində fəaliyyətin səmərəli həyata keçirilməsini təmin etmək.
Vəzifə öhdəlikləri:
– Qoruğun strateji inkişaf planının hazırlanmasını və icrasını təmin etmək;
– Qoruğa rəhbərlik etmək və onun fəaliyyətini təmin etmək;
– Tarix, mədəniyyət və arxeoloji irs nümunələrinin qorunmasını təşkil etmək;
– Dövlət proqramları və beynəlxalq layihələrin icrasında qoruğu təmsil etmək;
– Maliyyə, insan resursları və inzibati fəaliyyətə rəhbərlik etmək;
– Dövlət qurumları, beynəlxalq təşkilatlar, media və digər tərəfdaşlarla əməkdaşlıq qurmaq, qoruğu təmsil etmək və ictimai çıxışlar həyata keçirmək;
– Yerli və beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirmək;
– Qoruğun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirmək;
– Əməyin mühafizəsi, təhlükəsizlik və etik davranış qaydalarına riayət olunmasına nəzarət etmək.
Namizədə tələblər:
– Azərbaycan Respublikasının vətəndaşı olmalı;
– Ali təhsil (muzeyşünaslıq, tarix, arxeologiya, memarlıq, inzibati idarəetmə, mədəniyyətşünaslıq, dövlət idarəçiliyi, hüquq və turizm ixtisasları);
– Rəhbər vəzifədə 5 il iş təcrübəsi;
– Azərbaycan dilini mükəmməl, ingilis dilini B2 səviyyədə bilmək (digər xarici dillər üstünlük hesab olunur);
– Dövlət büdcəsi, layihələrin idarə olunması və strateji planlaşdırma sahəsində biliklər;
– Liderlik, qərarvermə, danışıqlar aparmaq və kollektivin idarə olunması bacarıqları;
– Kompüter (MS Office) bilikləri;
– Turizmin inkişafı, marketinq və brendinq, rəqəmsal irsin idarə olunması və mədəni irsin idarəedilməsi istiqamətlərində müasir idarəetmə yanaşmalarını tətbiq etmək bacarığına malik olmalıdır;
– Qrant, donor və sponsor vəsaitlərinin cəlb edilməsi üzrə beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq layihələrinin hazırlanması və idarə olunması sahəsində bilik və təcrübəyə malik olmalıdır.
Təqdim olunacaq sənədlər:
– CV;
– Şəxsiyyət vəsiqəsinin surəti.
İş qrafiki:
Həftədə 5 iş günü:
İş saatı: 09:00-18:00;
İş yeri: Qax rayonu, İlisu kəndi
Müraciət qaydası:
Namizədlər tələb olunan sənədləri 20 iyul 2026-cı il tarixinədək info@heritage.gov.az elektron poçt ünvanına göndərə və ya Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 84 ünvanına (Hökumət evi, 5-ci qapı, 1-ci mərtəbə) təqdim edə bilərlər.
Qeyd: yalnız ilkin seçim mərhələsini uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.


