Qripin əlamətləri nədir? Qorunma tədbirləri və müalicəsi

418930297 17959645619700996 6616117456407553548 N.jpg

TƏBİB-in tabeliyində fəaliyyət göstərən M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının həkim-infeksionisti Xalidə Səmədzadə mövzu ilə bağlı açıqlama verib.
Qrip virus mənşəli kəskin infeksion xəstəlikdir. İnkubasion dövr 1 gündən 5 günə qədərdir, xəstəlik kəskin başlayır. Payız-qış mövsümlərində bütün hava-damcı infeksiyalarında olduğu kimi qrip və kəskin respirator infeksiya saylarında da artım müşahidə edilir. Bu, havaların temperatur dəyişikliyi, insanların immun sistemlərinin zəifləməsi ilə bağlıdır və ÜST tərəfindən proqnozlaşdırılan göstəricidir.
Kəskin respirator infeksiya və qripin klinikası çox oxşardır:
Ümümi intoksikasiya əlamətləri (hərarətin yüksəlməsi, üşütmə, titrətmə, zəiflik, tərləmə, baş ağrısı, əzələ ağrısı, ürəkbulanma, qusma, işıqdanqorxma və s.)
Tənəffüs yollarının müxtəlif səviyyələrdə zədələnməsi (zökəm, boğaz ağrısı, səsin batması, öskürək)
Kataral simptomlar (yumşaq damaq və udlağın arxa divarının hiperemiyası)
Əlavə simptomlar kimi bəzən limfadenit, qaraciyərin ölçülərinin böyüməsi müşahidə oluna bilər.
Qrip zamanı istirahət rejimi ilə birgə nələr tövsiyə edilir:
-bol maye qəbul edin
-spirtli içkilərdən və siqaret çəkməkdən çəkinin
-hərarət 38,5 °C-dən yüksəkdirsə qızdırma salan dərmanlar(parasetamol) istifadə edilə bilər.
-boğaz ağrısını azaltmaq məqsədilə nəzərdə tutulan sprey və həblər istifadə oluna bilər
Qripin profilaktikası məqsədilə isə qrip əleyhinə peyvəndlər məsləhət görülür (xüsusilə risk qruplarına daxil olan şəxslər).