“Qualcomm” məhsullarının Rusiya şirkətlərinə satışını dayandırıb

Ad185a32164749023563821448710472108.jpg

Dünyanın ən böyük yarımötürücü komponentlər istehsalçılarından biri olan ABŞ-ın “Qualcomm Inc.” şirkəti Rusiya şirkətlərinə məhsullarının satışını dayandırıb.

Bu barədə şitkərin tviterdə səhifəsində Ukraynanın baş nazirinin müavini Mixail Fyodorovun sözlərinə cavab olaraq bildirilir.

Xatırladaq ki, Ukraynalı nazir “Qualcomm”u məhsullarının Rusiyada hələ də mövcud olmasına görə qınayıb. Şirkət M.Fedorova “bu, doğru deyil” cavabını verib.

“Biz Rusiya şirkətlərinə məhsul satışını dayandırmışıq və ABŞ sanksiyalarına əməl edirik”, – deyə açıqlamada bildirilir.