Qubada ağır yol qəzası – Ölən var

1682061639 1679595163 1670958039 1651944139 d5da28d4155090836493725485010635950 1.jpg

Qubada ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, aprelin 20-də saat 18 radələrində Quba rayonunun Pirvahid kəndi ərazisində kənd sakini X.Allahverdiyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarında saxlanılan “Toyota” markalı maşına vurub.

Qəzadan sonra xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.