Qurban Qurbanova “Şöhrət” ordeni təqdim olundu

04ad5632165346604146108545411077711.jpg

Azərbaycan futbolunun inkişafında xidmətlərinə görə Prezident İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunmuş “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova ali mükafat təqdim edilib.

Avtor.az xəbər verir ki, mükafatı Qurban Qurbanova bu gün AFFA prezidenti Rövnəq Abdullayev təqdim edib. O, Qurban Qurbanovu “Şöhrət” ordeni ilə təltif olunması münasibətilə bir daha təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qurban Qurbanov verilən yüksək qiymətə görə dərin minnətdarlığını bildirib.