Ramiz Mehdiyev hazırda bu villasındadır – Qonşusu Ramil Usubovdur

1760699778.32db2459 b67c 4afc a07a 3404f190dda0

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin 4 aylıq ev dustaqlığı cəzasını harada çəkdiyi məlum olub.

Sabiq PA rəhbəri ev dustaqlığını məşhur “Avropa” hotelinin yanında, Tbilisi prospektindəki villasında çəkir.

Qeyd olunub ki, R.Mehdiyev həmin ünvanda Təhlükəsizlik Şurasının katibi, sabiq daxili işlər naziri general-polkovnik Ramil Usubovla qonşudur.

Məlumat üçün bildirək ki, Mehdiyevin ən məşhur villası Novxanı qəsəbəsində yerləşir. Ötən gün əməkdaşlarımız orada da olmuşdu. (Unikal)