Reklamların dili səhvlərlə doludur

1701686049 16462091814933849300 1200x630.jpg

“Hazırda Azərbaycandakı reklamların dili montorinq olunur”.

Bunu Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva bildirib.

O deyib ki, bu sahədə çox ciddi qüsurlar var. S.Əliyevanın sözlərinə görə, həm telekanallarda yayımlanan reklamlarda, həm də açıq məkandakı reklam daşıyıcılarında Azərbaycan ədəbi dil normalarının pozulması halları mövcuddur.

O, reklamların dilinin monitoriqi barədə lazımi qurumların xəbərdar edildiyini vurğulayıb.

S.Əliyeva qeyd edib ki, yaxın vaxtlarda Azərbaycandakı reklamların dil qusurlarının nəticələri ümumiləşdirilərək ictimaiyyətə açıqlanacaq.