Rektor ECAR Erasmus+ layihəsi nümayəndələri ilə görüşüb

A1ada994164752287117973292310016654.jpg

Azərbaycan Texnologiya Universitetinin rektoru professor Akif Süleymanov ECAR Erasmus+ layihəsi nümayəndələrini qəbul edib.

Görüşdə layihənin koordinatoru olan Bakı Biznes Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Eşqin Bayramov və Universitet-sənaye əməkdaşlığı departamentinin direktoru, layihənin koordinatoru Gülşən Bayramova layihə çərçivəsində görülən işlərlə bağlı məlumat veriblər.

Layihə ilə bağlı qarşıda duran məsələlərlə də tanış olan rektor ECAR Erasmus+ layihəsində tərəfdaşlıqdan məmnunluğunu ifadə edib. Akif Süleymanov layihənin işinin düzgün yerinə yetirilməsi üçün UTECA-da işçi qrup yaradıldığını və bura cəlb olunan əməkdaşların layihədə yaradılacaq komitələrin profilinə uyğun seçildiyini bildirib, Texnologiya Universitetinin üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirmək üçün bundan sonra da səy göstəriləcəyini qeyd edib.