Respublikaçılar Partiyası rəsmi olaraq Trampı prezidentliyə namizəd kimi irəli sürüb

F6348d58 B10e 3718 9b42 E1df50f4d319 850.jpeg

Respublikaçılar Partiyası noyabrın 5-nə təyin edilmiş ABŞ prezident seçkilərində Donald Trampı prezidentliyə namizəd kimi rəsmən irəli sürüb.

Bu barədə TASS məlumat yayıb.

ABŞ-nin keçmiş prezidenti Respublikaçılar Partiyasının prezidentliyə namizədi olmaq üçün yetərincə səs toplayıb.

Bundan əvvəl Tramp ABŞ-nin vitse-prezidentliyinə namizəd kimi Ohayo ştatından respublikaçı senator Ceyms Devid Vensi seçdiyini açıqlamışdı.