Riberi karyerasını bitirdi

19485224166635747515951630511045297.jpg

Fransa millisinin sabiq futbolçusu Frank Riberi karyerasını başa vurub.

39 yaşlı yarımmüdafiəçi bu barədə öz Tvitter hesabında bildirib.

Qeyd edək ki, son klubu “Salernitana” (İtaliya) olan Riberi “Qalatasaray”, “Bavariya”, “Marsel”də də oynayıb. Bu mövsüm “Salernitana”da cəmi 2 oyun çıcan futbolçunun klubu ilə 2023-cü ilin yayına qədər müqaviləsi var idi.