Ronaldo: Bellingem mənə Zidanı xatırladır

17101685213511744291 1200x630.jpeg

İspaniyanın “Real Madrid” komandasının sabiq futbolçusu Ronaldo Nazario Cud Bellingem barədə fikirlərini bölüşüb.

Avtor.az xarici mətbuata istinadən xəbər verir ki, 47 yaşlı braziliyalı veteran hücumçu ingiltərəli yarımmüdafiəçinin oyununu bəyəndiyini bildirib: “Bellingemi izləmək mənə zövq verir. O, demək olar ki, bütün matçlarda qol vurur və günü-gündən daha da inkişaf edir. “Real Madrid”in görüşünü stadiondan canlı izlədiyim zaman ona heyran qaldım. Cud mənə bir az Zinəddin Zidanı xatırladır”.

Qeyd edək ki, Ronaldo Nazario 2002-2007-ci illərdə “kral klubu”nun şərəfini qoruyub. Cud Bellingem isə bu mövsüm “Real Madrid”in heyətində 31 matçda 20 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.