Ronaldo klubunu satır

D10ec7c1166814900298239540810287723.jpg

Əfsanəvi braziliyalı futbolçu Ronaldo sahibi olduğu “Valyadolid” klubunu satır.

Biznesmen La Liqa klubunun səhmlərinin böyük hissəsini satmaq qərarına gəlib.

46 yaşlı “sambaçı” Braziliyaya qayıtmaq istəyir. O, övladlarına yaxın olmaq üçün iki ildən sonra “Valyadolid”i satmağı planlaşdırır. Ronaldo artıq “Kruzeyro”nun nəzarət paketini alıb.

Qeyd edək ki, Ronaldo 2018-ci ildə “Valyadolid”in səhmlərinin 51 faizini 30 milyon avroya alıb, bir il sonra isə payını daha 21 faiz artırıb.