Ronaldunun yeni baş məşqçisi bəlli olub

3127ea92 2e86 3c3b 9ab9 50c006b35454 850.jpg

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının yeni baş məşqçisi bəlli olub.

Bu vəzifə Luiş Kaştruya həvalə edilib.

Portuqaliyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Əl-Nəsr”də Kriştianu Ronaldu və Marselo Brozoviç kimi tanınmış futbolçular çıxış edirlər.