Rostov “Vaqner”in nəzarətinə keçdi: Voronejdə qızğın döyüşlər

123677702 9c5e6cec 6497 454b aab5 8cb1b059d035.jpg

Rusiyanın Rostov şəhərinin “Vaqner” döyüşçüləri tərəfindən ələ keçirdiyi iddia olunur.

Bununla bağlı sosial şəbəkənin Rusiya seqmentində çox sayda kadrlar yayımlanıb.

Şəhərdə döyüşlərin baş vermədiyi bildirilir. Hazırda Cənub Hərbi Dairəsinin qərargahının, Budennovsk polis şöbəsinin, DİN Baş İdarəsinin, FTX binasının, Rostov administrasiyasının binasının mühasirəyə alındığı vurğulanır.

Rostov meri şəhər əhalisini zərurət olmadığı halda evlərini tərk etməməyə çağırıb.

Sosial şəbəkələrdə yayılan bir digər rəsmi təsdiqini tapmamış xəbərdə isə hazırda Voronej vilayətində qızğın döyüşlərin getdiyi vurğulanır.