Rus gəmisi 10 il sonra ilk dəfə Səudiyyə sahillərində

1680724440 img 20230405 235144 975.jpg

Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus hərbi gəmilər Səudiyyə Ərəbistanına məxsus limana daxil olub.

Bu barədə Rusiya donanması məlumat yayıb.

Gəmilər Ciddə limanında yanacaq, içməli su və ərzaq ehtiyatlarını dolduracaq.

Rusiya gəmiləri Səudiyyə limanlarına sonuncu dəfə təxminən 10 il əvvəl daxil olub.

Səudiyyə limanına daxil olan gəmilərdən biri hipersəs raketləri ilə təchiz edilmiş “Admiral Qorşkov” freqatıdır.