Rusiya Bakıya uçuşları bərpa etdi

1647768348 aeroflot.jpg.pagespeed.ce .zWTFPbeg2x.jpg

Rusiyanın ən böyük aviaşirkəti “Aeroflot” bu gündən etibarən Azərbaycana müntəzəm uçuşları bərpa edib.

Bu barədə məlumat şirkətin saytında yerləşdirilib.

Bildirilir ki, bu gün ərzində Moskvadan Bakıya iki aviareys həyata keçiriləcək. Təyyarələr Bakı vaxtı ilə 12:00 və 14:25-də Azərbaycan paytaxtına yola düşəcəklər.

Növbəti günlər də uçuşlar baş tutacaq.

Qeyd edək ki, aviaşirkət martın 8-dən Bakı da daxil olmaqla, bütün beynəlxalq reysləri dayandırmışdı.