“Rusiya Belarusa “İsgəndər-M” verəcək” – Putin

Putin.jpg

“Yaxın bir neçə ay ərzində Rusiya “İsgəndər-M” taktiki raket komplekslərini Minskə təhvil verəcək”.

Avtor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşü zamanı bildirib.

“Razılaşdığımız kimi, yaxın bir neçə ay ərzində “İsgəndər-M” taktiki raket sistemlərini Belarusa təhvil verəcəyik. Bildiyiniz kimi, raketlərdən həm ballistik, həm də qanadlı, eləcə də həm ənənəvi, həm də nüvə versiyalarında istifadə edilə bilər”, – deyə Rusiya lideri qeyd edib.