Rusiya casusu “iş başında” tutuldu

1680171523 300260b8 27e0 42ec a5b1 27cbbe050859.jpg

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Odessa vilayətində Rusiya raketlərini yerli enerji obyektlərinə “yönəldən” casusu həbs edib.

Bu barədə “Strana” yazıb.

Məlumata görə, o, işğalın əvvəlindən Odessada Rusiya qüvvələrini dəstəkləmək üçün təbliğat şəbəkəsi təşkil etməyə çalışıb. Həmçinin mühüm infrastruktur obyektlərinin yerləşdiyi yerlər haqqında məlumat toplayıb.

Casus iş başında yaxalanıb. Onun yaşadığı ünvanda aparılan axtarışlar zamanı kompüter avadanlığı, fleş disklər və Rusiya Federasiyası ilə əlaqəsini təsdiq edən sənədlər aşkar edilib.