Gecə yarısı Rusiya gəmiləri Odessa vilayətinin Tuzla kəndi yaxınlığındakı Ukrayna sahillərini atəşə tutub.
Bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko feysbuk səhifəsində yazıb.
Onun sözlərinə görə, gəmilərdən Ukrayna sahilləri raket və artilleriyadan atəşə tutulub.
“Uzaq məsafədən böyük miqdarda sursat atdılar. Onlar sahil müdafiə sistemini sınaqdan keçirmək istəyirdilər. Nəticə əldə etmədilər”, – Geraşenko yazıb.
O əlavə edib ki, qoşunları yerə endirmək cəhdi olmayıb.

