Rusiya milyarderləri bu il 32 milyard dollar itirib

9d7099d8160899130066624015010867800.jpg

Bu il Rusiyanın 23 ən zəngin iş adamının sərvəti Ukraynada münaqişənin kəskinləşməsi fonunda 32 mlrd. ABŞ dolları azalıb.

Sərvəti ən çox azalmış iş adamlarının siyahısına “Sibur”(neft-kimya şirkəti) və “Novatek” (qaz şirkəti) şirkətlərinin Direktorlar Şurasının üzvü Gennadi Timçenko başçılıq edir. Onun sərvəti ilin əvvəlindən 6,47 mlrd. dollar azalaraq 16 mlrd. dollara enib.

BBI-ya görə, “Novatek”in İdarə Heyətinin sədri Leonid Mixelson 6,23 mlrd. dollar, “Lukoil”un rəhbəri Azərbaycan əsilli Vahid Ələkbərov isə 3,48 mlrd. dollar itirib. Onların sərvətləri müvafiq olaraq 26,2 mlrd. dollara və 19,3 mlrd. dollara enib.

Nəticədə, BBI-ya daxil olan 23 Rusiyalı milyarderin sərvəti ilin əvvəlindəki 375 mlrd. dollardan 343 mlrd. dollara enib.