Rusiya ordusunda döyüşən azərbaycanlı həlak oldu

C3614206164793749138866247710243368.jpg

Rusiya Silahlı Qüvvələrinin hərbi qulluqçusu – 22 yaşlı azərbaycanlı Əhmədov Şahin Cabir oğlu Ukraynada gedən döyüşlərdə həlak olub.

Onun nəşi artıq Azərbaycana gətirilib.

Qeyd edək ki, Ş. Əhmədov Rusiyanın Vladiqafqaz şəhərində doğulub boya-başa çatıb. O, Azərbaycan diasporunun nümayəndəsi olub, 58-ci Əlahiddə Ümumqoşun Ordusunda xidmət edib.