Rusiya və İran prezidentləri görüşüb

7a0bbf07 4fdd 3f29 ba78 e372484bd119 850.jpg

Tehranda üçtərəfli sammit öncəsi Rusiya və İran prezidentləri Vladimir Putinlə İbrahim Rəisi arasında görüş olub.

Görüşdə çıxış edən İran Prezidenti bildirib ki, ölkələr arasında təcrübə və əməkdaşlıq sayəsində region daha təhlükəsiz olub.

“Əlaqələrimiz və terrorla mübarizədə əməkdaşlığımız sübut etdi ki, biz qarşıya qoyduğumuz məqsədlərə nail ola bilərik. Hesab edirəm ki, bu, regionumuzda təhlükəsizlik səviyyəsinin yüksəldilməsi baxımından çox dəyərli və yaxşı təcrübədir”, – Rəisi deyib.

Putin öz növbəsində qeyd edib ki, beynəlxalq təhlükəsizlik sahəsində əməkdaşlığımızı gücləndirməklə Suriya böhranının həllinə mühüm töhfə verilə bilər.

Tehranda Rusiya Prezidenti İranın ali dini lideri Ayətullah Əli Xamenei ilə də görüşüb.