Rusiyada silahlı toqquşma – 3 polis öldü, yaralılar var

1680757036 ff0831cfa6db458e775c48aac897f601b5362d4c.jpg

Rusiyanın İnquşetiya bölgəsində təhlükəsizlik qüvvələri ilə silahlılar arasında toqquşma olub.

Bu barədə REN TV məlumat yayıb.

Toqquşma zamanı 3 polis əməkdaşı ölüb, 7 nəfər yaralanıb.

“Telegram 112” kanalının məlumatına görə, ölənlər arasında yüksək rütbəli rayon polis zabiti və Daxili İşlər Nazirliyinin ezam olunmuş əməkdaşları da var.

Bildirilib ki, toqquşma martın 27-də yol polisi postuna hücumda şübhəli bilinənlərin axtarışı zamanı yaşanıb. Atışma bütün gecə davam edib. Əməliyyatda Federal Təhlükəsizlik Cidmətinin xüsusi təyinatlıları, Daxili İşlər Nazirliyi və Rusiya Qvardiyası iştirak edib.