Rusiyada Superkubok oyununa görə daha 196 azarkeş saxlanılıb

39eadbb9 d503 39f4 a6dc 7d535ad825a5 850.jpg

“Zenit” və MOİK komandaları arasında keçirilmiş Rusiya Super Kuboku uğrunda oyundan sonra 196 azarkeş saxlanılıb.

İğtişaş törədən fanatlara 156 inzibati protokol tərtib edilib.

Qeyd edək ki, Kazandakı “Ak Bars Arena”da gerçəkləşən görüşün əsas vaxtı qolsuz bərabərliklə başa çatıb. Penaltilər seriyasında dəqiq oynayan Sankt-Peterburq təmsilçisi titula sahib çıxıb. Görüşdən əvvəl isə 35 tərəfdar saxlanılıb.