Rusiyada terror təhlükəsi – ABŞ-dan XƏBƏRDARLIQ

1676264198 283011cb bd18 3a97 8bbf 1e5b0b6d26be 850.jpg

ABŞ-ın Moskvadakı səfirliyi vətəndaşlarına Rusiyada terror təhlükəsi barədə xəbərdarlıq edib.

Bu barədə diplomatik nümayəndəlik məlumat yayıb.

Səfirlik Amerika vətəndaşlarına Ukraynadakı hərbi əməliyyatla əlaqədar Rusiyaya getməməyi tövsiyə edib.

Bundan əlavə, ABŞ səfirliyi Rusiyada yaşayan və ya səyahət edənləri dərhal oranı tərk etməyə çağırıb.