Rusiyanın kino və dublyaj aktyoru Mixail Beskorovaynı vəfat edib.
65 yaşlı sənətçinin cəsədi ötən gün mənzilində tapılıb
Aktyorun ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilir.
Qeyd edək ki, Mixail “Mənim ədalətli dayəm”, “Mətbəx”, “Turetskinin marşı”, “Radio günü”, “Daşa Vasilyeva”, ” Həyat davam edir” kimi məşhur film və seriallarda rol alıb.

