Rusiyanın 14 şirkəti Qarabağda fəaliyyət göstərmək üçün müraciət edib

488b0841162444380375938777710702746.jpg

Rusiyanın 14 şirkəti Qarabağda fəaliyyət göstərmək üçün müraciət edib.

Bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Rusiyanın Udmurtiya bölgəsinin ixrac və investisiya potensialının təqdimatına həsr edilmiş tədbirdə deyib.

O bildirib ki, bu gün Azərbaycanda mindən çox Rusiya kapitallı şirkət fəaliyyət göstərir: “Bir sıra Rusiya şirkətləri azad edilmiş ərazilərdə fəaliyyət üçün maraqlarını ifadə ediblər. Artıq Rusiyanın bir neçə şirkəti bu ərazilərdə fəaliyyət göstərir. Bu kontekstdə Rusiyanın Udmurtiya bölgəsinin şirkətləri üçün imkanlar açılır. Böyük potensial var, biz bu potensialı Azərbaycan-Rusiya əməkdaşlığının xeyrinə istifadə edə bilərik”.