Rusiyanın cənubunda uçuşlara məhdudiyyət müddəti uzadılıb

59b5a32e166676758898007289910088360.jpg

Rusiyanın cənubundakı hava məkanında mülki təyyarələrə qoyulan uçuş qadağasının müddəti noyabrın 3-dək uzadılıb.

Bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi bildirib.

Uçuş məhdudiyyəti Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Elista şəhərlərində ümumilikdə 11 hava limanına şamil olunur.

Sərnişinləri Soçi, Stavropol, Volqoqrad, Mineralnıe Vodı şəhərlərinin hava limanlarına aparmaq tövsiyə edilir.

Regionda uçuşlara mövcud qadağanın müddəti oktyabrın 28-də bitməli idi.

Xatırladaq ki, Rusiya Ukraynadakı müharibə ilə əlaqədar fevralın 24-də ölkənin cənubunda hava məkanını bağladığını bildirmişdi.