Rusiyanın daha dörd pilotsuz təyyarəsi məhv edilib

D82a1853168712106396768867010668948.jpg

Ukrayna hərbçiləri ölkənin cənubunda Rusiyanın daha dörd pilotsuz təyyarəsini məhv edib.

Bu barədə “Cənub” əməliyyat komandanlığı feysbukda məlumat yayıb. PUA-lardan 3-ü Xerson, biri Nikolayev vilayətində vurulub. Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan Xerson davamlı hücuma məruz qalır. Martın əvvəlində rus qoşunları Xerson şəhəri və demək olar ki, bütün bölgə ərazisinə nəzarəti ələ keçiriblər.

Noyabrın əvvəlində Ukrayna Silahlı Qüvvələri Xerson vilayətinin sağ sahil hissəsini azad edə bilib. Lakin vilayətin sol sahili hələ də Rusiyanın nəzarətindədir. Ərazi Rusiya hərbi əməliyyatları üçün baza rolunu oynayır.