Rusiyanın Ukraynadakı itkiləri 138 mini ötdü

1676268347 1676011296 1675750395 1675581531 1675146172 1675060234 1674801404 1674370409 1674196222 1673850183 1659936406 2951.jpg

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 560 hərbçisini itirib.

Avtor.az  “Unian”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 138 340 nəfərə çatıb.

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 3 tank, 4 zirehli döyüş maşını, 3 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.