Rusiyanın Ukraynadakı itkiləri 200 MİNİ ÖTDÜ

1684300974 1683781925 1683522671 1683091140 1682918331 1682572706 1682400861 1681882147 1681712108 1681364484 1680588159 1680155507 1679981338 1679465584 1679378384 1679206729 1678686884 1678604218 16.jpg

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 610 hərbçisini itirib.

Avtor.az “Unian”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 200 590 nəfərə çatıb.

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 9 tank, 17 zirehli döyüş maşını, 16 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.