Rusiyanın Ukraynadakı itkiləri 212 mini ötdü

1686115214 1685682834 1685078463 1684906403 1684732025 1684475762 1683522671 1683091140 1682918331 1682572706 1682400861 1681882147 1681712108 1681364484 1680588159 1680155507 1679981338 1679465584 16.jpg

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 880 hərbçisini itirib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 212 030 nəfərə çatıb.

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 13 tank, 17 zirehli döyüş maşını, 37 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.