Rusiyanın Ukraynadakı itkiləri 251 mini ötdü

1691558080 1689313003 1689139818 1688966500 1688707439 1688534303 1687585392 1687238556 1686806874 1686633682 1685682834 1685078463 1684906403 1684732025 1684475762 1683522671 1683091140 1682918331 16.jpg

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 820 hərbçisini itirib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 251 620 nəfərə çatıb.

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 8 tank, 12 zirehli döyüş maşını, 17 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.