Rusiyaya yenə PUA hücumu oldu

1693886231 pua.png

Moskvanın meri Sergey Sobyanin paytaxta hücum etməyə cəhd göstərən pilotsuz uçuş aparatlarını məhv etdiyini bildirib.

Bu barədə o, özünün teleqram kanalında yazıb.

O, PUA-nın İstra rayonunda vurulduğunu bildirib. Mer PUA qalıqlarının düşdüyü yerdə heç bir dağıntı və ya tələfatın olmadığını qeyd edib.

Sobyanin vurğulayıb ki, fövqəladə xidmətlərin əməkdaşları hadisə yerindədir.