Saakaşvili artıq yeriyə bilmir

1680668888 fotojet 2023 03 24t152551.102.jpg

Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili artıq yeriyə bilmir.

Avtor.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə siyasətçinin vəkili Şalva Xaçapuridze bildirib.

Onun sözlərinə görə, keçmiş dövlət başçısının saxlanıldığı “Vivamed” klinikasının açıqlamaları ilə Saakaşvilinin xəstəlik tarixçəsi üzrə qeydlər üst-üstə düşmür.

“Mixail Saakaşvili demək olar ki, artıq yeriyə bilmir. Onun çəkisi 60 kiloqramdan aşağı düşüb. Bu barədə mənə Qiuli Alasaniya (Saakaşvilinin anası – red.) məlumat verib”, – deyə vəkil bildirib.