Saatlıda silah-sursat aşkarlandı

1682423255 patron gulle 05052.jpg

Saatlıda silah-sursat aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayonun Hacıqasımlı kəndi ərazisində bir ədəd nömrəsi silinmiş “AKSU-74” markalı avtomat, bir ədəd qaytarıcı yay və bir ədəd patron darağı aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.