Sabiq baş nazir dövlətə 15 min dollar ödəməlidir – SƏBƏB

1682924564 liz trass23.jpg

Böyük Britaniyanın sabiq baş naziri Liz Trass dövlətə 15 min dollar ödəməlidir.

Modern.az “The Times” nəşrinə istinadən xəbər verir ki, bu vəsait o, vəzifədə olarkən “Chevening House”dan yoxa çıxan başmaq, qida və içkilər və digər şeylərə görə hesablanıb.

Qanun layihəsinə əsasən, xərclərin onun siyasi fəaliyyəti ilə bağlı xərclər olmadığı təqdirdə Trass pulu ödəməli olacaq. Nəşr yazır ki, sabiq baş nazir yaxın çevrəsi ilə görüşlər üçün “Chevening House”dan istifadə edirdi və bu, tez-tez axşam əyləncələrinə çevrilirdi.

Hələlik Trass xərcləri əsaslandırmağa müvəffəq olmayıb.