Sabiq mədəniyyət naziri səfir TƏYİN EDİLDİ

1688357774 16883558704026535824 367x266.jpg

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev MDB Baş katibinin sabiq müavini və sabiq mədəniyyət naziri Dauren Abayevi ölkənin Rusiyadakı yeni səfiri təyin edib.

Bu barədə Qazaxısan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

İyunun 16-da Kasım-Jomart Tokayev Yermek Koşerbayevi Qazaxıstanın Rusiyadakı səfiri vəzifəsindən azad edib və onu Şərqi Qazaxıstan vilayəti administrasiyasının rəhbəri təyin edib.