Sabirabad sakini özünü bıçaqlayıb

1bd2caf9164416701917535199710376665.jpg

Sabirabadda intihara cəhd hadisəsi baş verib.

Hadisə Sabirabad rayonunun Zəngənə kəndində qeydə alınıb. Kənd sakini 1995-ci il təvəllüdlü Nəsirov Anar Qüdrət oğlu özünə bıçaqla xəsarət yetirib.

Yaralı qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. Onun üzərində dərhal əməliyyat aparılırb.

Faktla bağlı araşdırma aparılır.