Sabunçuda hospitalda ölüm faktı qeydə alınıb, araşdırma aparılır

C17344c6 Db13 3e2b A391 3bbc2b39267b 850.jpg

Bakının Sabunçu rayonunda hospitalda ölüm faktı qeydə alınıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 18-də 1967-ci il təvəllüdlü Bahar Qasımovanın Sabunçu rayonu ərazisində yerləşən “Stimul Hospital”da ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.